İrina Şeyk və Bredli Kuperin yenidən bir araya gəlməsi ilə bağlı şayiələr bu ilin avqustunda ortaya çıxıb.
“Yeni Gundem” xəbər verir ki, model və Hollivud aktyoru daha sonra qızları ilə birlikdə Baham adalarına dincəlmək üçün yola düşüb.
Sosial şəbəkələrdə beş yaşlı Leanın valideynləri çox incə şəkillər paylaşıblar.
Ulduzların ətrafında olan bir mənbə təsdiqləyib ki, onlar yenidən bir araya gəlib hər şeyi yenidən başlamağa qərar verdilər.
İndi İrina və Bredli də yenidən birlikdə olduqlarını təsdiqləyiblər. Paparassilər cütlüyün Nyu Yorkda romantik gəzinti zamanı fotolarını çəkib. 47 yaşlı Bredli 36 yaşlı İrinanı çiyinlərindən yumşaq bir şəkildə qucaqlayıb və o, əlini oynaq şəkildə onun ombasına qoyub. Aşiqlərin şəkillərini “Daily Mail” saytı yayıb.
Deyirlər ki, İrina Bredli ilə nəinki yenidən qovuşur, həm də yenidən ana olmağa hazırlaşır. Model sevgilisindən daha bir uşaq dünyaya gətirməyi xəyal edir.
“Əsl ailə bayramı idi və onlar yenidən bir araya gəlməyi düşünürlər. İrina istəyərdi ki, qızlarının qardaşı və ya bacısı olsun”, – modelə yaxın mənbə bildirib.