Parlament Görüşünün ikinci günündə iqlim dəyişikliyi qarşısında sağlamlığın qorunması müzakirə edilibbackend

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günündə iqlim dəyişikliyi qarşısında sağlamlığın qorunması müzakirə edilib.

Yeni Gundem” xəbər verir ki, bu sessiyada parlamentlərin sağlamlıq və iqlim problemlərinin həllinə hərtərəfli yanaşma tətbiq edə bilməsi yolları araşdırılıb.

Milli Məclisin üzvü, deputat Pərvanə Vəliyeva bildirib ki, iqlim dəyişikliyi üzrə beynəxlalq ekspertlər qrupunun rəyinə görə, temperaturun artması insanların həyatına ciddi təsir göstərə bilər.

“Qlobal təhlükələr var hansılar ki, sərhəd tanımır. Kibertəhlükəsizlik, ekoloji, iqlim pandemiya riskləri,epidemiyaların çoxalmasında sərhəd yoxdu. Bunlar bizim sağlamlığımıza təsir göstərir.Qızmar dalğaların nəticəsində, yeni potegenlər yaranır. Ağcaqanad, “Malyariya”, “Zika” virusu kimi bir çox öldürücü təhlükəli xəstəliklər artır”.

Pərvanə Vəliyeva vurğulayıb ki, aparılan maliyyə yardımlarından başqa,səhiyyə sistemlərini də maliyyələşdirmək çox vacibdir.