Millət vəkilləri İsrailə səfər edəcək.
“Yeni Gundem” xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Anatoli Rəfailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov martın 28-də Təl-Əvivə səfər edəcəklər.
Bu barədə APA-ya Milli Məclisdən məlumat verilib.
Səfər çərçivəsində deputatlar Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak edəcəklər. Səfər martın 30-da başa çatacaq.
Fərahim Rəhimov