Bu gün Milli Məclisin yaranmasının 106-cı il dönümü tamam oldu.
”Yeni Gundem” xəbər verir ki, Azərbaycan parlamentinin yaranmasının 106-cı ilinə həsr olunmuş “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı çərçivəsində ADA Universitetində keçirilən “İctimai diplomatiyada parlamentlərin Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa keçirildi.Çıxışçılar Türkiyə ilə Azərbaycan arasında möhkəm dostluq və qardaşlıq əlaqələrinin olduğunu, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyini bildirdilər.
Türkiyə Böyük Millət Məclisi ilə Azərbaycan Milli Məclisi arasında əlaqələrin genişləndirildiyi, deputatların həm ikitərəfli qaydada, həm də beynəlxalq platformalarda qarşılıqlı faydalı əməkdaşlıq etdikləri vurğulandı.