“Paşa-K”ya yazılan protokolla bağlı qərar veriləcəkbackend

“Paşa-K” firmasına yazılan cərimə protokoluna baxılacaq tarix məlum olub.

“Yeni Gundem”-in xəbərinə görə, işə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın sədrliyi ilə mayın 7-də baxılacaq.

Xatırlatma: Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.