“Paşinyan Zəngəzur dəhlizinin açılmasına işarə edir” – DEPUTATbackend

Artıq Ermənistan baş naziri ölkəsinin hansı rəzil durumda olduğunu gözəl anlayır. Bilir ki, indiyə qədər yeridilən bu siyasət yalnız bu ölkənin ziyanına işləyib və onlar dünyada terrorçu, pul dilənən , özü işğal eləyib, digərlərini onun yerinə vuruşmağını istəyən, yalnız özünü ərköyün uşaq kimi aparan dövlətə bənzər  sistemdir.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Millət vəkilinin fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan rasional fikirləri söyləməklə həm də artıq erməni toplumunu yeni çağırışlara hazırlamağa başlayır.

“O yaxşı bilir ki, Ermənistan sülh üçün Gürcüstan və İranla münasibətləri dərinləşdirməli, Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmalıdır. Türkiyə və Azərbaycanla münasibətlər yaxşılaşması, münasibət formalaşmasa heç bir inkişafdan söhbət gedə bilməz. Paşinyan deyir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycanın da eyni şeyi gözlədiyini qeyd edir. Və bu, həm də o deməkdir ki, sətiraltı bu fikirdir ki, Ermənistan Qarabağ Azərbaycandır deyir və artıq həmin ərazinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu və ordakı məsələlərin Azərbaycanın daxili işi olduğunu artıq əhaliyə çatdırmağa çalışır. Belə söyləyə bilərik ki, Azərbaycanın təklif etdiyi prinsiplərini əhaliyə izah etməyə çalışır. Bütün beynəlxalq platformalarda, Soçi və Praqa görüşlərində bu  məsələlər müzakirə olunub və Ermənistan Azərbaycan ərazisinin bütövlüyünü tanıyıb. Ermənistan 1991-ci il Alma-Atı bəyannaməsinin rəhbər tutmasını qəbul edib. Əlbəttə ki, həmin xəritələrdə “Dağlıq Qarabağ” indiki Qarabağ iqtisadi zonası, təbii ki, Azərbaycanın tərkib hissəsidir və enerji ilə bağlı  Ermənistanın bu inkişafdan geridə qalmaması üçün vacib işlərin görülməsini qeyd edir. Bu isə açıq – aşkar  Zəngəzur dəhlizinin açılmasını söyləməkdir və bununla da Paşinyan həmin məsələyə işarə vurur. Ümumiyyətlə, fikrimizə bir yekun vura bilərik ki, gec-tez Ermənistan anlayacaq ki, onun nicat yolu Azərbaycanın təklif etdiyi baza prinsiplərini qəbul etməli, bölgədə bütün qonşu dövlətlərlə yüksək səviyyəli münasibət saxlamalıdır. Yanlız bundan sonra bölgəyə dayanıqlı sülh, əmin amanlıq və tərəqqi gələ bilər. Bu gün  Ermənistan bunu anlamalı , nəticə çıxartmalı və Azərbaycanın təklif etdiyi prinsipləri qeyri şərtsiz qəbul etməlidir”,- deyə o qeyd edib.

Fərahim Rəhimov