Paşinyandan əməliyyatlarla bağlı son dəqiqə AÇIQLAMASIbackend

Ermənistan Rusiyadan Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlamaq niyyəti barədə məlumat almayıb.

Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, bəzi daxili və xarici qüvvələr Ermənistanı müharibəyə sürükləməyə çalışır: “Mən bir daha təsdiq edirəm ki, Ermənistan Silahlı Qüvvələri Qarabağda deyil. Onlar uğur qazana bilməyəcəklər. Nə qədər çətin olsa da, xüsusən də emosional baxımdan biz bəzi xarici və daxili qüvvələrə Ermənistan dövlətçiliyini təhlükəyə atmaq imkanı verməməliyik”./Ölkə.az