Paşinyanın helikopteri məcburi eniş etdi – YENİLƏNDİbackend

“Əzizlərim, hər şey qaydasındadır. Əlverişsiz hava şəraiti ilə əlaqədar vertolyotumuz Vanadzorda planlaşdırılmamış eniş edib”.

Helikopterinin təcili enişinə münasibət bildirən Ermənistan Baş naziri Nikol Paşinyan bunu “Facebook” hesabında paylaşıb.

“İndi maşınla səyahətə davam edirik. Hər kəsə xoş gün arzulayıram”, – o əlavə edib.

APA

***

11:07

Ermənistan Baş naziri Nikol Paşinyanın helikopteri Vanadzor stadionuna məcburi eniş edib.

Bu barədə Ermənistan Teleqram kanalları məlumat yayıb.