Paşinyanın partiyası parlamentdə müxalifətin Qarabağla bağlı bəyanat layihəsini dəstəkləməyibbackend

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyası parlamentdə müxalifətin Qarabağla bağlı hazırladığı bəyanat layihəsini dəstəkləməyib.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, parlamentin Xarici Əlaqələr Komissiyasının iclaslarında “Vətəndaş müqaviləsi”nin deputatları bitərəf qalıb.

Bəyanatın ilkin mətni ötən ilin dekabrında hazırlanıb, lakin səsvermə təxirə salınıb.

APA