Paytaxt məktəblisi dünya çempionu oldubackend

Bakı məktəblisi 31-ci “Skdun Shotokan Karate” dünya çempionatında birincilik əldə edərək çempion adını qazanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “İki sahil”ə bildirilib ki, 18 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Eldar Bağırov Serbiyanın paytaxtı Belqradda keçirilən karate üzrə dünya çempionatında 53 kiloqram çəki dərəcəsində rəqiblərini üstələyərək dünya çempionu tituluna sahib olub.

Çempion məktəbli kubokla təltif olunub.

Qeyd edək ki, bu, Eldarın ilk uğuru deyil. O, daha əvvəl ölkədaxili və beynəlxalq yarışlarda uğur qazanıb. Dubayda keçirilən karate üzrə beynəlxalq turnirdə II, Yunanıstanda keçirilən 30-cu “Skdun Shotokan Karate” dünya çempionatında III yerə layiq görülüb.