Pəhrizsiz və idmansız: Sağlam arıqlamaq üçün nə etməli?backend

Yaya qədər əlavə çəkidən qurtulmağa çalışırsınızsa, bədəninizin xüsusiyyətlərini nəzərə alaraq bu işə məsuliyyətlə yanaşmaq vacibdir.

Ciddi pəhrizlər və gərgin məşqlər əvəzinə daha yumşaq yanaşmaq tövsiyə olunur.

İlk növbədə, fiziki aclıqla emosional aclıq arasında fərq qoymağı öyrənməlisiniz. Yemək üçün müəyyən vaxtlara riayət etmək, məsələn, günün yalnız 10-12 saatı ərzində qidalanmaq, eyni zamanda yeməklər arasında çox uzun fasilələrə yol verməmək, ancaq real aclıq siqnallarına cavab vermək tövsiyə olunur.

Hər yeməyə protein əlavə etmək də vacibdir.

Səhər yeməyi xüsusilə mühüm rol oynayır, ona görə də rasiona kompleks karbohidratlı qidaların daxil edilməsi tövsiyə olunur ki, bu da gün ərzində uzunmüddətli toxluq və enerji hissini təmin edəcək.

Oxu.az