2024-cü ilin iyul ayı ərzində 23 038 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Onlardan 2 711-i pensiya, 20 327-si isə müavinət (o cümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.