Pensiya ilə bağlı rəsmi məlumatbackend

2024-cü ilin yanvar-iyun ayları ərzində 22,4 min nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Onların 59,3%-ni kişilər, 40,7%-ni isə qadınlar təşkil edib.