Pensiya, müavinət və sosial yardım alanlara MÜHÜM XƏBƏRbackend

Ölkəmizdə fəaliyyət göstərən 230-dan çox şirkət Dövlət Sosial Müdafiə Fondundan sosial ödəniş alan şəxslərə “Sosial tərəfdaş” layihəsi çərçivəsində 30 faizədək endirim təklif edir.

Bu kateqoriyadan olan şəxslər bu günədək tərəfdaş şirkətlərin təqdim etdiyi endirimlərdən faydalanaraq, nağdsız şəkildə 520 mindən çox alış-veriş həyata keçiriblər. Sosial ödəniş alan şəxslərə dəstək məqsədi daşıyan layihə hazırda uğurla icra olunur.

Pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı alan vətəndaşlar layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, mağaza, klinika, aptek və restoranların xidmətlərindən istifadə və alış-veriş zamanı sosial ödəniş kartları ilə nağdsız qaydada ödəniş etdikdə onlara çoxsaylı endirimlər tətbiq olunur. Bu endirimləri təklif edən şirkətlərin siyahısı ilə tanış olmaq üçün dsmf.gov.az saytına daxil olub sosial tərəfdaş bölməsinə keçid edə bilərsiniz.

(https://dsmf.gov.az/az/sosial-terefdas)

Pensiya, təqaüd, müavinət, ünvanlı sosial yardım alan şəxslər üçün endirimlər təklif edən şirkətlər sırasında iri marketlər şəbəkələri də var. Bu marketlərşəbəkələrinin ölkəmizin hər yerində satış məntəqələrif əaliyyət göstərir. İstənilən sosial ödəniş alan şəxssosial ödəniş kartı ilə ödəniş etdikdə layihəçərçivəsində təqdim olunan endirimlərdən faydalana bilər. Bu şirkətlərdən “Bazarstore” və “Almarket” inadını çəkmək olar. Qeyd edək ki, bu endirimlər marketlərin özlərinin məhsullara tətbiq etdiyi endirimlərdən əlavə endirimlərdir. Yəni tərəfdaş marketin hər hansısa bir məhsula öz endirimi varsa, bu marketdən həmin məhsulu əldə edən sosial ödəniş alanşəxsə layihə çərçivəsində də əlavə endirim tətbiq olunur və nəticədə o, daha çox endirimdən faydalanmış olur.

Sosial ödəniş alan şəxslər üçün layihənin partnyorlarından biri – “Buta” apteklər şəbəkəsi çoxsaylı endirimlər təklif edir. Bu apteklər şəbəkəsinin ölkə üzrə istənilən filialından dərmanları ucuz qiymətə almaq mümkündür. Bunun üçün ödənişi mütləq sosial ödəniş kartı ilə nağdsız qaydada etmək lazımdır. Sosial ödəniş alan şəxslər bundan başqa həmin apteklərdən bonuslar qazandıran “Qayğı+” kartı da əldə edə bilərlər. “Qayğı+” kartı sahibi olmaq üçün sosial ödəniş kartı və şəxsiyyət vəsiqəsi ilə bu apteklər şəbəkəsinin istənilən filialına yaxınlaşmaq mümkündür.

Optik göz eynəklərinin satışını həyata keçirən “Fokus Optika” da layihənin tərəfdaşlarındandır.

“Sosial tərəfdaş” layihəsinin partnyorları sırasında müasir tibbi avadanlıqlarla təhciz edilmiş, peşəkar həkim personalına malik klinikalar da yer alır. Buklinikalar endirimli qiymətləri ilə sosial ödəniş alan şəxslərin qayğısına qalır. Onlardan “Memorial Klinik”, “Dünya Göz” klinikası, “Stimul Hospital”ın adlarını qeyd edə bilərik.

Qeyd edək ki, endirimlər təkcə böyük şəhərlərdə tətbiq olunmur. Bu endirimlər Dövlət Sosial Müdafiə Fondunun rəsmi saytının (dsmf.gov.az) “Sosial tərəfdaş” bölməsində yerləşdirilmiş siyahıda yer alan və ölkəmizin istənilən bölgəsində fəaliyyət göstərən market, aptek, klinika və sair xidmət sahələrində nağdsız qaydada, yəni kartla ödəniş edildikdə sosial ödəniş alan hər kəsə tətbiq olunur.