Pensiyaçılarla bağlı mühüm xəbərbackend

Yeni tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün bir sıra güzəştlər nəzərdə tutulur.

Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, yeni tədris ilində vahid tələbə kartı ilə bağlı müxtəlif həm ödəmə sistemi, həm giriş kartı, həm nəqliyyat, kəşbək sistemi və s. endirimlərin təmin olunması yenilik olacaq.

Belə güzəşt başqa sosial təminatı az olan təbəqələrə, yəni məktəblilərə, pensiyaçılara, əlilliyi olan şəxslərə də verilə bilərmi? “Cebhe.info”-ya açıqlamasında VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, sosial cəhətdən təmin olunmamış bütün tələbələrə güzəştlərin tətbiq olunması vacibdir:

“Çünki bundan çox əziyyət çəkirlər. Eyni zamanda, tələbələrin yerləşməsi, kirayə kimi problemləri var. Ona görə də kompleks şəkildə tələbələrin müəyyən çətinliklərini yüngülləşdirmək həm də dövlət orqanlarının borcudur. Bu istiqamətdə addımlar atılmalıdır ki, təhsilin keyfiyyətinə də müsbət təsir göstərsin. İnsanlar başqa problemlərlə məşğul olmaq yerinə, daha çox öz təhsili ilə məşğul ola bilərlər”.

F. Mustafa qeyd edib ki, bu güzəştlər həm də digər aztəminatlı şəxslər üçün tətbiq edilməlidir:

“Bütün aztəminatlı insanlara bu güzəştlər tətbiq olunmalıdır. Çünki hər biri vətəndaşımızdır və hər birinin taleyi ilə maraqlanmalıyıq, maraqlı olmalıyıq ki, onlar sıxıntı içində yaşamasınlar”.