Məşhur aktrisa Pərvin Abıyeva Azərbaycandan köçür. “Yenigundem” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində canlı yayıma qoşularkən deyib.
Abıyeva bildirib ki, Türkiyəyə köçəcək: “Bakıda sayılı günlərimdir. Çünki Azərbaycandan köçürəm. Öz işimlə bağlı təhsil alacam və İstanbulda yaşayacam. Düşünürəm ki, Azərbaycanda əldə etdiyimi etmişəm. Allaha şükür ki, bütün xalq məni tanıyır. Artıq irəli getmək, öz işimi daha mükəmməlləşdirmək lazımdır. Qayıtmaq da fikrim yoxdur”.