Xəbər verdiyimiz kimi, dünən Türkiyənin məşhur aktrisası Demet Özdemir Azərbaycana gəlib.
“Yeni Gundem” in məlumatına görə buna səbəb serial ulduzunun “Altın Kelebek”lə bağlı təşkil olunan qapalı tədbirdə iştirak etməsidir. Gecəyə Demetlə yanaşı azərbaycanlı bloqqerlər, nüfuzlu mükafat gecəsinə namizəd olan tanınmışlar ( Oksana Rəsulova, Pərvin Abıyeva, Nura Suri və Sevda Yahyayeva) qatılıb.
Onlar qırmızı xalçaya çıxaraq kameralara poza veriblər. Tədbirə xüsusi hazırlaşan məşhurlardan biri aktrisa Pərvin Abıyeva olub.
O, parıltılı və dərin kürək dekolteli qısa paltarı ilə hər kəsin diqqətini çəkib. Hətta Pərvin geyimi ilə “Kelebek”in siması olan Demeti kölgədə qoyub.