“1001 qızıl gülü ad günümə çox yaxın rəfiqəm gətirmişdi. Zamanında ona çox yaxşılıqlarım dəyib. O rəfiqəm doğum günlərimdə o cür hədiyyələr gətirir”.
“Yeni Gundem” xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.
Daha sonra proqramda aktrisanın idman zalında peşəkarcasına döyüş fəndini yetirdiyi kadrlar yayımlanıb.
Onun bu məharəti isə qonaqlar tərəfindən heyrətlə qarşılanıb. Verilişdə qonaq olan “Pişik” ləqəbi ilə məşhurlaşan müğənni Günel Ələkbərova “Gözəl xanımlara hər kişi risk etmir evlilik təklifi etsin. Bu arada Pərvinə qısa saç çox yaraşıb” deyə Pərvini tərifləyib.
Abıyeva isə Ələkbərovanın bu sözlərinə “Bəylər riks edib, evlilik təklifləri etsinlər. Qorxmasınlar, işin yoxdur sənin onlarla” cavabını verib.
Proqramın aparıcısı Afaq Gəncəli isə “Pərvin yalnız çəkiliş üçün çıxır başa, belə isə işi yoxdur” deyib “Real həyatda da başa çıxırsan?” sualını Pərvinə ünvanlayıb.
O isə “Məcazi mənada “Hə”” söyləyib.
Bizim.Media