Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev TV 8-də yayımlanan “Survivor” yarışmasında göz yaşlarını saxlaya bilməyib.
“Yeni Gündəm” xəbər verir ki, “məşhurlar” komandasında yarışan idmançı dünənki buraxılışda mükafat olaraq ailə üzvlərinin fotolarını görüb, yazılan mesajları oxuyub.
Dünya çempionu oğlanları: Yusif və Oğuzxanın fotolarını görərək ağlamağa başlayıb. O, həmçinin xanımından gələn mesajı da oxuyub.
Həmin kadrlar sosial şəbəkələrdə də maraqla qarşılanıb.