“Pərvizin oğlunun anası mən deyiləm” – Türkan danışdıbackend
Müğənni Türkan Vəlizadə bu gün ATV kanalında yayımlanan “Zaurla Günaydın” verilişində yaşanmış “oğlumuz” mövzusundan yana doğan söz-söhbətə aydınlıq gətirib.
Bu haqda  danışan müğənni bildirib ki, onun fikirləri təhrif olunub:
“Mən Pərvizin oğlu üçün verilişdə “oğlumuz” ifadəsini sözgəlişi işlətmişəm. Bu, o demək deyil ki, onu mən dünyaya gətirmişəm! Necə ki, dilimizdə başqalarının doğmalıq duyduğumuz övladlarına “oğlumuz, qızımız” deyirik, mən də o mənada dedim. Bunu tələsik niyə bu qədər şişirtdilər, anlaya bilmirəm! Pərvizin oğlunun anası öz həyat yoldaşıdır, mən deyiləm”!
Söhbət əsnasında müğənni ailəli olmadığını, üstəlik də dünyaya övlad gətirmədiyini sözlərini təhrif edənlərin diqqətinə çatdırıb.
Duet ortağı Pərviz Bülbülə ilə həmişə dost və iş münasibətlərində olduğunu bir daha xatırladan T. Vəlizadə haqlarında qeyri-etik şaiyə yayanları qınayıb:
“Ayıbdır! Pərvizin gözəl ailəsi – xanımı var. İnsanların heysiyyatı ilə oynayıb, xoşagəlməz şaiyə yayanları qınayıram! Bir az insafları olsun”!