Peşəkar Futbol Liqasının (PFL) yeni prezidenti Elxan Səmədovun tərcümeyi-halı açıqlanıb.
“Yeni Gündəm” PFL-in rəsmi saytına istinadən tərcümeyi-halı təqdim edir:
Elxan Zakir oğlu Səmədov 1974-cü il yanvarın 14-də Bakı şəhərində anadan olub.
O, 1980-1990-cı illərdə Bakı şəhəri 134 saylı orta məktəbdə təhsil alıb.
1990-1995-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetində təhsil alıb.
1995-1999-cu illərdə Azərbaycan Dövlət Dillər Universitetində aspirantura təhsili alıb.
2001-ci ildə İtaliyanın Turin şəhərində “International Labor Organization & Training Center”da təhsil alıb.
2006-cı ildə Filologiya elmləri namizədi dərəcəsinə yiyələnib.
2007-ci ildə Vaşinqton şəhərində “Georgetown University” “International Law Institute”da təhsil alıb.
1993-1999-cu illərdə “Pennzoil Caspian Corporation” və “Caspian International Petroleum Company” (CIPCO neft konsorsiumu) şirkətlərində işləyib.
1999-2001-ci illərdə Təhsil Nazirliyində, Dünya Bankının Layihə İdarəetmə Qrupunda Təchizat şöbəsinin rəhbəri işləyib.
2001-2009-cu illərdə “Karasu Operating Company” və “Absheron Operating Company” şirkətlərində işləyib.
2009-2010-cu illərdə AFFA-da Uşaq Futbolunun İnkişafı şöbəsinin direktoru işləyib.
2013-2015-ci illərdə Gənclər və İdman Nazirliyində, Bakı – 2015 Avropa Oyunlarında Təchizat şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.
2021-ci ildən bugünədək AFFA-da VAR şöbəsinin rəhbəri vəzifəsində çalışır.
UEFA-nın məşqçilər üzrə “B” lisenziyasının sahibidir.
Futbol, futzal, mini futbol və çimərlik futbolu üzrə Azərbaycanda, beynalxalq peşəkar və həvəskar yarışlarda iştirak edib, yarışmaların “Ən məhsuldar” və “Ən yaxşı” oyunçusu kimi seçilib.
Azərbaycan, rus, ingilis və türk dillərini bilir.
Evlidir, bir övladı var.