PFL qarlı havaya görə bu matçları təxirə saldıbackend

Azərbaycan Respublikası ərazisində mövcud olan qarlı hava şəraiti ilə əlaqədar olaraq Peşəkar Futbol Liqası yeni qərar qəbul edib.

“Yeni Gündəm” qurumun saytına istinadən xəbər verir ki, stadionlardakı son durum təftiş olunub və Azərbaycan I Divizionunun bu gün keçirilməli olan “Sabah -2” – “Keşlə-2”, “Neftçi-2” – “Sumqayıt-2” və MOİK – “Kəpəz” oyunları təxirə salınıb. Görüşlərin nə vaxt keçiriləcəyi isə hələlik məlum deyil.

Turun “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyunu isə planlaşdırıldığı kimi saat 14:00-da başlanacaq.

Qeyd edək ki, XIV tura fevralın 23-də “Zaqatala” – “Qarabağ-2” görüşü ilə start verilib. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0.