“Pilgrim Education” şirkətininin rəhbəri cəzalandırılacaq?-Tələbələr aldadılıbbackend

“Pilgrim Education” şirkəti hələ də fəaliyyətini davam etdirir. Bu barədə hüquqları tapdalanan bir qrup tələbənin ünvanladıqları şikayətlərdə öz əks tapıb.

Gələcəyimiz olan gənclər təəsüf hissi ilə qeyd edirlər ki, adı hallanan şirkət onların etibarından sui-istifsdə edərək həm zamanlarını alıb, həm də pullarını mənimsəyib. Bxmayaraq ki, bu barədə lazımı qurumlara məlumat verilib. Faktlara əsaslanan məlumatlar araşdırılmaq əvəzinə, “Pilgrim Education” şirkətinin rəhbəri Aisa Aslanovaya daha da şərait yaradılıb.

Belə olan halda təbii ki, narazı kütlə üzünü bir başa dövlət başçısı cənab İlham Əliyeva və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya tutur. Nəzərinizə çatdıraq ki, yaxın günlərdə istər prezidentə, istərsə də Mehriban xanıma müraciət olunacaq.

Əslində, bu cür hallar aidiyyəti üzrə qurumlar araşdırılmalı və hüquqi qiymət verilməlidir. Görünən odur ki, məsələyə biganə baxan şəxs(lər) A. Aslanovaya “gözün üstə qaşın var” deməyə tələsmirlər.

Məlumat üçün bir daha bildiririk ki, “Xaricdə Təhsil” adı altında ölkədə vəaliyyət göstərən “Pilgrim Education” şirkəti tələbələri aldadaraq onlara yalan vədlər verir. Bunun muqabilində hər tələbədən 1500-2000 manat pul alaraq onları ölkə xaricinə təhsillərini davam etdirmək üçün güya yardım xidməti göstərir. Xahiş olunur ki, yuxarıda adı hallanan şirkət ilə ünsiyyət qurarkən diqqətli olmalı və eyni zaman da aldadılan tələbələrin aqibətindən nəticə çıxartmalısız.Dosye.org