Paytaxtın Nərimanov rayonu ərazisində Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində yerləşən “Olyumpus Park” layihəsi yerli sakinlər üçün bir kabusa çevrilib. 6 ilə yaxındır vəyəndaşlar evlərindən didərgin salınıb. Pilot layihə adı ilə evləri sökülənlərin yeni mənzillərinə qovuşmaqları bir yana, son aylar heç kirayə pulları da ödənilmir.