“Pişik” Günel avtomobil qəzası keçirdibackend

“Pişik” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərova avtomobil qəzası keçirib.

Bizim.Media xəbər verir ki, hadisə ötən gün Mehdiabad yolunda baş verib.

Sənətçi avtomobildə olan zamanı qarşı tərəfdən gələn digər nəqliyyat vasitəsinin sürücüsü sürət həddini aşıb və yol nişanına məhəl qoymayıb. Nəticədə qəza olub.

Hər iki avtomobil yararsız vəziyyətə düşüb. Günelin vəziyyətinin normal olduğu bildirilib.

Qeyd edək ki, sözügüdən məlumatı show_news səhifəsi yayıb.Bizim.media