Türkiyənin Sivas şəhərində Yulaf adlı pişiyin burnu əməliyyat olunub.
“Yeni Gundem” Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb pişiyin tənəffüs probleminin olmasıdır.
Belə ki, pişiyin sahibi Ataberk Dursun onun rahat nəfəs ala bilmədiyini görüb və baytara müraciət edib.
Nəticədə “Scottish Fold” cinsindən olan yaşyarımlıq pişik uğurlu əməliyyat keçirib.
Baytar əməliyyatdan sonra bu sözləri deyib: “Burun qanadlarını əməliyyatla böyütdük. Pişik tez-tez nəfəs alırdı. Bu əməliyyat edilməsəydi, bir müddət sonra ürəyində, nəbzində və qan dövranında problemlər yaranacaqdı”.