“Planlarımız çoxdur, maliyyə lazımdır” – Fərid Qayıbovbackend

“Həm idman sahəsində, həm də gənclər sahəsində planlarımız çoxdur”.

Yeni Gündəm” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

Onun sözlərinə görə, müxtəlif layihələr həyata keçirmək niyyətindədirlər: “Bunun üçün bir qədər vaxt lazımdır. Təhlillərdən sonra layihələri icra etməyə başlayacağıq. Bunun üçün maliyyə də lazımdır. Hər şey tək bizdən asılı deyil. Həm idman, həm gənclər sahəsi daima yenilənir, gecikməməliyik”.