Plastik düyü terroru – “Araz Market” əhalini belə zəhərləyir – VİDEOFAKTbackend

Tanınmış jurnalist Savalan Talıblı “Araz Market” şəbəkəsinin 20-ci sahədəki mağazasından aldığı düyünün bişirilərkən dəhşətli hala gəldiyi haqda videomaterial hazırlayıb.

“Yeni Gundem” xəbər verir ki, mağazadan alınmış Pakistan istehsalı olan “Mümtaz” düyüsünü bişirmək istəyərkən düyü pis qoxu verərək tamam əriyib bir-birinə yapışıb və məhsulun plastik maddə olduğu ortaya çıxıb. Qeyd edək ki, qablaşdırılmış formada satılan və üzərində Basmati düyüsü olduğu iddia edilən bu məhsul Az Mulk (PVT) LTD adlı şirkət tərəfindən istehsal olunub və qablaşdırılıb.

Şirkətin Azərbaycan üzrə distribütoru və mağazaya məhsulun tədarükçüsü Ceylan MMC-dir. Bu məhsulun düyü olmadığını, kimyəvi maddə olduğunu həyətdəki pişik belə anlayıb, ona verilən bişmiş düyünü yeməyib.

Əhaliyə qida terroru ilə məşğul olanların ən sərt şəkildə cəzalandırılmasını tələb edirik.

Ətraflı videoda

TvPress.Az