Polad Bülbüloğlu: “Əminəm ki, müdrik xalqımız bu gün düzgün seçim edəcək”backend

Bu gün Azərbaycan dövlətçilik tarixində əlamətdar gündür. Suveren respublikanın bütün tarixində ilk dəfə prezident seçkilərində səsvermə Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçiriləcək.

Bu barədə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu məlumat verib.

“Artıq Bakıda və bir çox şəhərlərimizdə – Xankəndi, Şuşa, Xocalıda artıq səsvermə gedir”, – səfir qeyd edib.

Onun sözlərinə görə, Moskvada iki mindən çox vətəndaşı qəbul edə biləcək iki seçki məntəqəsi açılıb.

P.Bülbüloğlu bildirib ki, bu gün Azərbaycanın Yekaterinburq və Sankt-Peterburqdakı Baş Konsulluqlarında da prezident seçkilərində səsvermə başlayıb: “Mən tam əminəm ki, müdrik Azərbaycan xalqı bu gün düzgün seçim edəcək”./Report