Polis dələduzluqda şübhəli bilinən 3 nəfəri saxlayıbbackend

Polis paytaxtın Xəzər və Nəsimi rayonlarında dələduzluqda şübhəli bilinən 3 nəfəri saxlayıb.

Bu barədə “Yeni Gundem”-ə Daxili İşlər Nazirliyindən məlumat daxil olub.

Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* Bakı şəhər sakini olan qadının 7000 manatını, *2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* bir nəfərin 6350 manatını *dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən* 34 yaşlı Ş.Şahmarov və 26 yaşlı C.Vəliyev müəyyən olunaraq saxlanılıblar.

*Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* isə bir qadının 4000 manatını *dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən* 34 yaşlı K.Əyyublu saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.*