Novruz bayramı günlərində polis əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik məqsədilə zəruri tədbirlər davam etdirilir.
Bu barədə “Yeni Gundem”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həmin istiqamətlər üzrə icazə olan şəxslərin sərbəst keçidi təmin edilir. Təhlükəsizlik məqsədilə marşrutdan kənar ərazilərə insanların hərəkətinə icazə verilmir.
Bundan başqa işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatların yığılması üçün daxili işlər orqanlarının əməkdaşları tərəfindən görülən zəruri tədbirlər uğurla davam etdirilir.