Polşa, İsveç və Çexiya yığmaları 2022-ci il dünya çempionatının pley-off oyunlarını Rusiyada keçirməkdən imtina edib.
“Yeni Gündəm”in məlumatına görə, bu barədə Polşa millisinin mətbuat katibi Yakub Kvyatkovski Sport24.ru-ya açıqlama verib.
“Polşa, İsveç və Çexiyanın rəsmi bəyanatı belədir: Biz sizin ölkənizdə oynamaq istəmirik”, – deyən Kvyatkovski FIFA və UEFA-dan təcili reaksiya gözlədiklərini söyləyib. O, pley-off qarşılaşmaları üçün alternativ variantın seçilməsini istədiklərini əlavə edib.
Qeyd edək ki, pley-off mərhələsində Rusiya və Polşa arasındakı yarımfinal görüşü martın 24-də planlaşdırılıb. Cütün qalibi İsveç – Çexiya matçının ən güclüsü ilə finalda qarşılaşacaq və nəticədə DÇ-2022-yə vəsiqənin sahibi müəyyənləşəcək.