Azərbaycan millisinin hücumçusu, Polşanın “Legiya” klubunda çıxış edən Mahir Emrelinin spirtli içki ilə görüntüləri yayımlanıb.
“Yeni Gündəm” xəbər verir ki, fotonu Arek adlı azarkeş tvitter hesabında paylaşıb.
Bildirilib ki, Emreli komanda yoldaşı Abu Hanna ilə birlikdə gecə klubunda olub və foto avqust ayında çəkilib.
Qeyd edək ki, “Legiya”nın sabiq futbolçusu Voytsex Kovalçik Mahir Emreli və bir neçə futbolçunu spirtli içkilər qəbul etməkdə və məşqlərə gecikməkdə qınayıb. Buna görə də Varşava klubu sabiq futbolçusunu məhkəməyə verib.
Qafqazinfo