Portuqaliya Prezidenti Azərbaycan liderinə təbrik məktubu ünvanladıbackend

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Yeni Gundem”-in məlumatına görə, mətndə deyilir:

“Cənab Prezident!

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram”.