Cari ilin ilk rübündə “Premium Bank”ın depozit portfeli 387 milyon 953 min manata bərabər olub.
Bu ötən ilin sonu ilə müqayisədə 38 milyon 817 min manat və ya 9% azdır.
Depozit portfelinin 323 milyon 683 min manatını fiziki şəxslərin əmanətləri, 64 milyon 270 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Fiziki şəxslərin depozitləri 7 milyon 174 min manat və ya 2% hüquqi şəxslərin depozitləri 31 milyon 643 min manat 33% azalıb.