Prezident Ersin Tatar: “Kipr türk xalqı belə bir hadisəni pisləyir və qəbuledilməz hesab edir”backend

Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar, Kiprdəki üç qarant ölkədən biri olan İngiltərənin İsrailin Qəzzaya hücumlarına dəstək vermək üçün adadakı bazalarından istifadə etdiyinə dair iddialarla bağlı kəskin mövqe nümüiş etdirib: “Tür xalqı belə bir hadisəni pisləyir və qəbulediməz addım kimi dəyərləndirir”, – deyib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikası Prezident Administrasiyası məlumat verib.

Prezident Ersin Tatar, açıqlamasında, İngiltərənin Cənubi Kiprin Rum tərəfindəki bazalarından İsraili dəstəkləmək üçün istifadə etdiyinə dair iddiaların xoşagəlməz olduğunu vurğulayıb: “Böyük Britaniya hörmətli dövlət kimi belə bir qətliamı dəstəkləməməlidir”,- deyə qeyd edib.

Ersin Tatar Şimali Kipr Türk Respublikası və Rum tərəfinin adanın İsrailin Fələstinə zülm etmək üçün bir vasitə kimi istifadə edilməsini qətiyyən bəyənməyəcəyini vurğulayıb: “Əlbəttə, bu müdaxiləni Kiprdən edibsə, daha pisdir, çünki Kipr bizim vətənimizdir. Kipr türk xalqı belə bir hadisəni qətiyyətlə pisləyir və heç vaxt dəstəkləməyəcək. Yəni doğulub boya-başa çatdığımız öz vətənimizin belə bir vəhşiliyin, zülmün aləti olmaq və bunu Kipr ərazisindən etmək bizi kədərləndirir”, – deyə qeyd edib.

İngiltərənin 1990-cı illərdə adadakı bazalarından istifadə edərək İraqa müdaxilə etdiyi barədə iddiaları xatırladan prezident Ersin Tatar, İngiltərənin aldığı bazalar müqabilində Kipr türklərinin qarantlıq öhdəliklərini yerinə yetirməsini gözlədiyini vurğulayıb.

Ersin Tatar, İsrailin Qəzzaya hücumlarını qınadıqlarını təkrarlayıb və o, belə davam edib: “İsrailin bu hücumlarını qınayırıq. Kipr türk xalqı olaraq təbii ki, mən və digər səlahiyyətlilər narahatlığımızı ən yüksək səviyyədə ifadə etmişik. Biz məzlum mülki əhaliyə, uşaqlara və qocalara qarşı, hər cür qeyri-mütənasib gücə qarşı belə bir hücumu və on minlərlə insanın ölümünə səbəb ola biləcək bu zorakılığı, bu vəhşiliyi pisləyirik”.

Türkiyənin 1974-cü il Kipr Sülh Əməliyyatı ilə Kiprin qarantları arasında üzərinə düşən vəzifəni yerinə yetirən yeganə ölkə olduğunu vurğulayan prezident Tatar İngiltərənin 1963-cü il hadisələrinə seyrçi qaldığını xatırladıb. Prezident Ersin Tatar: “İndi buradakı bazalardan istifadə edərək başqa ölkənin daxili işlərinə qarışırlar. İngiltərə bu bazaları vaxtında əldə etdiyi üçün indi bu bazalardan bu bölgələrdə istədiyi kimi hərbi əməliyyatlara müdaxilə edə bilir”, – deyib.

Ersin Tatar bildirib ki, Britaniya adadakı iki bazasına gəmi, təyyarə və ya əsgər yerləşdirib, lakin bunun bütün regionda bəzi “əskiklikləri” ola bilər. Tatar, adadakı bazaların İsrailə dəstək üçün deyil, humanitar yardım və xilasetmə əməliyyatları üçün istifadə edildiyinə ümid etdiyini vurğulayıb: “Bildirilib ki, 1000 ingilis əsgəri (iddialara görə adadakı Britaniya bazasına gətirilib) sülh və insanlıq ehtiyacları üçün xilasetmə əməliyyatlarında iştirak etmək məqsədi ilə bölgəyə gətirilib. Ümid edirəm ki, onlar İsrailin Qəzzada dinc sakinlərə və uşaqlara qarşı hücumlarına dəstək verməyəcəklər”, – deyib.

Digər tərəfdən prezident Tatar, İsrailin Qəzzaya hücumlarına dəstək üçün adadakı bazalarından istifadə etdiyi iddia edilən İngiltərənin “Kiprdə türklər öldürülərkən yunanların tərəfində olduqlarını” bildirib.

Yunanların adada törətdiyi “Qanlı Milad” qırğınına İngiltərənin müdaxilə etmədiyini xatırladan Ersin Tatar: “Təəssüf ki, İngiltərə hər zaman qətliamlara seyrçi qaldı. Kipr türkləri qırğınlara məruz qalarkən, uşaqlarımız diri-diri məzarlara atılıb güllələnərkən, təəssüf ki, biz qarant ölkə olaraq hər zaman İngiltərə bazalarının müdaxiləsini gözlədik, lakin o müdaxilə heç vaxt olmadı”,- deyə qeyd edib.

Ersin  Tatar, 1964-cü ildə Türkiyə Hərbi Hava Qüvvələrinin adada etdiyi xəbərdarlıq uçuşu zamanı təyyarəsi yunanlar tərəfindən vurularaq Yunan əsgərlər tərəfindən əsir götürülən pilot kapitan Cengiz Topelin şəhid olmasına İngiltərənin biganə qaldığına diqqət çəkib.