Prezident Ersin Tatar: “ŞKTC-də sahibkarlıq, yaradıcılıq və biznes bacarıqları ilə uğurlu iş adamlarımız var”backend

Şimali Kipr Türk Cumhuriyyətinin Prezidenti Ersin Tatar Silifke Ticarət və Sənaye Palatasının təşkil etdiyi 4-cü Liderlik Akademiyası və İdarəetmə Konqresinin açılışında iştirak edib.

”Yeni Gundem” xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cumhuriyyətinin Prezident Administrasiyasından verilən məlumatda bildirilir.

Prezident Ersin Tatar ŞKTC-də sahibkarlıq, yaradıcılıq və işgüzarlıq bacarıqları ilə uğurlu iş adamlarının olduğunu vurğulayıb. Prezident Tatar konqresdəki açılış nitqində deyib ki, o, iş adamlarını, sahibkarları, ticarət və sənaye ilə məşğul olanlarla birlikdə təbbirdə iştirak etməkdən məmnun olub.