Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib – FOTO – YENİLƏNDİbackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib.

“Yeni Gundem” xəbər verir ki, Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.

Sonra xatirə şəkli çəkdirilib.

Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb.

***

11:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.