Prezident İlham Əliyev Ərdoğana COP-29-a dəvət məktubu göndəribbackend

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunacağıq.

“Yeni Gundem” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonrakı mətbuat konfransında deyib.

Baş nazir bildirib ki, cənab Prezident İlham Əliyev adından COP-29-a dəvət məktubu Türkiyə Prezidentinə təqdim ediləcək.