Prezident İlham Əliyev: Son 20 ildə Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdurbackend

İqtisadi inkişafa gəldikdə, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artmışdır.

“Yeni Gundem” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində ifadə edib.

Valyuta ehtiyatlarımızın 65 milyard dollara çatdığını, valyuta ehtiyatlarımızın xarici borcu təxminən 10 dəfə üstələdiyini söyləyən dövlətimizin başçısı deyib ki, biz heç kimdən asılı deyilik, biz heç kimin işinə qarışmırıq. Amma heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun.