Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndəliklərə çatdırılıbbackend

Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra ölkə liderlərinə ünvanladığı COP29-a dəvət məktubları Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev tərəfindən təşkilatdakı nümayəndəliklərə çatdırılıb.

Bu barədə Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyinin “X” səhifəsində bildirilib.

“COP29-a hazırlığın tam davam etməsi ilə Azərbaycan Respublikasının Prezidentinin El Salvador, Liviya, Mikroneziya, Yeni Zelandiya, Nikaraqua, Palau, Seneqal, Seyşel adaları, Suriya, Tuvalu, Vanuatu və Venesuelanın dövlət və hökumət başçılarına ünvanladığı dəvət məktubları Azərbaycanın daimi nümayəndəsi tərəfindən Nyu-Yorkda BMT Baş Qərargahında akkreditə olunmuş hörmətli həmkarlarına çatdırılıb”, – Azərbaycanın dünya təşkilatındakı diplomatik missiyası qeyd edib.