Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mürsəl İbrahimovu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edib.
“Yeni Gundem” xəbər verir ki, bununla bağlı Dövlət başçısı Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mürsəl Qorxmaz oğlu İbrahimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilsin.
Qeyd edək ki, dövlət başçısının bu gün imzaladığı digər Sərəncamla Arzu Rəhimov Xidmət rəisi vəzifəsindən azad edilib.