Prezident nəvələrinə “Təşəkkürnamə” verdi – Fotobackend

Prezident İlham Əliyevin nəvələri Mikayıl və Əli Ağalarovlar sosial şəbəkə hesablarında maraqlı paylaşım ediblər.

“Yeni Gundem” xəbər verir ki, onlar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraklarına görə təltif olunduqlarını bildiriblər.

M.Ağalarov paylaşdığı fotoya “COP29-da könüllü olduğum üçün qürur duyuram”, Ə.Ağalarov isə “COP29-da iştirak gözəl təcrübə idi” şərhini yazıb.

Prezident “Təşəkkürnamə”ləri onlara şəxsən təqdim edib.