Prezident qanuna edilən dəyişikliyi təsdiqlədi: Daha 1 il uzadıldıbackend

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılıb.

“Yeni Gundem” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2026-cı il yanvarın 1-nə qədər uzadılıb.

Bu Qanun 2025-ci il yanvarın 1-dən tətbiq edilir.