Prezident qanunu imzaladıbackend

Prezident İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Qanunu imzalayıb.

“Yeni Gundem” xəbər verir ki, Qanuna əsasən, 2024-cü il avqustun 1-də Bakı şəhərində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (AÇG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Ekvinor Abşeron AS, Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., MOL Azərbaycan, Ltd., ONGC Videş Limited, Türkiye Petrolleri A.O. arasında imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma” qəbul və təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib.