Prezident seçkilərinin ilkin nəticələri bu saatda açıqlanacaqbackend

Seçki məntəqələrinin 50-60 faizindən səsvermə olan nəticələr Mərkəzi Seçki Komissiyasının monitorunda öz əksini tapdıqdan sonra ilkin mənzərə artıq aydınlaşacaq.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, bizim gözləntilərimiz ondan ibarətdir ki, axşam 21:00-a qədər ilkin nəticələri ictimaiyyətə çatdıra biləcəyik”.

APA