Prezident Səfərbərlik xidmətinin rəisini işdən çıxartdıbackend

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimovu vəzifəsindən azad edib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə dövlət başçısı sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilsin.

Qeyd edək ki, Arzu Yusif oğlu Rəhimov 2012-ci ildən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi idi.