Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıbbackend

Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata bəyanatında bildirib.

Bunun əsas səbəbinin təbii ki, enerji sektorundakı əməkdaşlıq olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir.