Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Prezident Rəcəb Tayyib Ərdoğan bununla bağlı “X” platformasında paylaşım edib.
Dostumuz, qardaşımız, iki dövlət, bir millət anlayışına sahib olduğumuz Azərbaycanın 18 oktyabr Müstəqilliyin Bərpası Gününü təbrik edirəm. Prezident və dəyərli qardaşım İlham Əliyevə və bütün Azərbaycan xalqına Türkiyənin salam və sevgilərini çatdırıram/