“Yeni Gundem” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Danışıqlarda Macarıstan və Avropanın təhlükəsizliyi ilə bağlı üç mövzu müzakirə edilib. Tərəflər enerji təchizatı, fiziki təhlükəsizlik – xüsusilə Ukraynadakı müharibə və iqtisadi çətinliklərin aradan qaldırılması ilə bağlı məsələlərdə razılığa gəliblər.
Əsas müzakirə mövzusu enerji təchizatı məsələlərinə yönəldilib. Bu il ölkəmizdən 100 milyon kubmetr təbii qaz Budapeştə gedəcək və 50 milyon kubmetrin Macarıstanda saxlanması barədə də razılıq əldə olunub, beləliklə, hazırda iki ölkə arasında real fiziki təbii qaz nəqli əlaqəsi yaradılıb.
Baş nazir V. Orbanın mətbuat katibi Bertalan Havasi bildirib ki, Prezident İlham Əliyev avqustun 20-də keçiriləcək milli bayram tədbirlərində və Budapeştdə keçiriləcək atletika üzrə dünya çempionatında da iştirak edəcək.